Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxmanı üstələdi

Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxmanı üstələdi Bu gün Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib.
Digər ölkələr
24 Aprel , 2020 20:29
Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxmanı üstələdi

Bu gün Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib.

"Report" xəbər verir ki, aprelin 24-nə olan məlumata əsasən, bu ölkədə gün ərzində koronavirusa yoluxanların sayı 3 122 nəfər təşkil edib. 

Eyni zamanda sutka ərzində 3 246 nəfər COVID-19-dan sağalıb.

Qeyd edək ki, Türkiyədə indəyədək koronavirusa yoluxanların sayı 104 912 nəfərdir. İndiyədək 21 737 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb, koronavirusdan ölənlərin ümumi sayı isə 2 600 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi