Türkiyədə 22 PKK terrorçu məhv edilib

Türkiyədə 22 PKK terrorçu məhv edilib Yaraqlıların hücum hazırlığında olmaları üzə çıxıb
Digər ölkələr
27 Mart , 2017 04:23
Türkiyədə 22 PKK terrorçu məhv edilib
Foto: "Habertürk"

Bakı. 27 mart. REPORT.AZ/ Türkiyədə 22 PKK terrorçusu məhv edilib

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətinin Yüksəkova rayonunda havadan dəstək verilən əməliyyat zamanı 19 terrorçunu məhv edib. Yaraqlıların bir sıra dövlət orqanlarına hücum hazırlığında olmaları üzə çıxıb. Bununla yanaşı, terrorçuların silahları da ələ keçirilib.

Qeyd edək ki, daha 3 terrorçunun da Hakkari vilayətinin digər ərazisində məhv edildiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi