Türkiyə XİN Avropa ölkələrinə səfər edən vətəndaşlara xəbərdarlıq edib

Türkiyə XİN Avropa ölkələrinə səfər edən vətəndaşlara xəbərdarlıq edib Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Avropa ölkələrinə səfər edərkən daha diqqətli olmağa çağırıb.
Digər ölkələr
29 Yanvar , 2023 17:45
Türkiyə XİN Avropa ölkələrinə səfər edən vətəndaşlara xəbərdarlıq edib

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Avropa ölkələrinə səfər edərkən daha diqqətli olmağa çağırıb.

“Report” xəbər verir ki, xəbərdarlıq nazirliyin rəsmi saytında yerləşdirilib.

Xəbərdarlıq, xüsusən İsveç, Niderland və Danimarkada Türkiyə əleyhinə etirazların artmasından sonra edilib.

Bundan əlavə, rəsmi Ankara Avropada PKK terror qruplaşmasının tərəfdarlarının etiraz aksiyalarının sayının artmasına diqqət çəkib.

“Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşları ehtiyatlı olmağa və nümayiş keçirilən ərazilərdən uzaq durmağa çağırıb. Ksenofobiya və ya irqçiliyin təzahürü halında yerli hakimiyyət orqanlarına müraciət etmək tövsiyə olunur”.

Son xəbərlər

Orphus sistemi