Yuxarı

Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin ilk üçlü zirvəsi təxirə salındı

Oktyabrın 12-də Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçlü görüşü planlaşdırılırdı

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Ankarada baş verən terror aktı ilə əlaqədar Türkmənistan səfərini təxirə salıb.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 12-də Türkmənistanda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçlü görüşünun keçirilməsi də nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Ankarada törədilən terrorda 86 nəfər ölüb, 186 nədər yaralanıb.

Türkiyədə üç günlük yas elan edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi