Yuxarı
    Bağlamaq

    Türkiyə hərbçilərinin PKK-nın İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 7 terrorçu öldürülüb

    Onlar Türkiyənin İraqla sərhəddə yerləşən bazasına hücum etməyi planlaşdırımış

    Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqdakı mövqelərinə zərbələr endirib.

    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

    Xəbərdə bildirilir ki, terrorçuların İraqın şimalındakı Avaşin-Basyan rayonundakı mövqelərinə endirilmiş hava zərbələri nəticəsində PKK-nın 7 silahlısı zərərsizləşdirilib. Onlar Türkiyənin İraqla sərhəddə yerləşən bazasına hücum etməyi planlaşdırımış.

    Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PPK-ı terrorçu təşkilatlar siyahısına salıb. Onun üzvləri Türkiyənin dövlət orqanlarına və vətəndaşlarına silahlı hücumlar təşkil edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi