Tunisdə siyasi böhran dərinləşir

Digər ölkələr
  • 26 iyul, 2021
  • 03:47
Tunisdə siyasi böhran dərinləşir

Tunis Respublikasının Prezidenti Kays Sayid Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) 60-dan çox üzvünün və bir sıra dövlət məmurlarının ölkədən çıxışına qadağa qoyub.

“Report” xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat verib.

Qeyd olunub ki, buna səbəb onlarla bağlı məhkəmədə işlərin olmasıdır. Dövlət başçısının parlamenti buraxması bəyanatından sonra hərbçilər paytaxta daxil olaraq qanunverici orqanın və milli televiziya şirkətinin binası yaxınlığında mövqelər tutublar.

Ölkə parlamentinin spikeri, “Ən-Nəhda” partiyasının lideri Rəşid Qənnuşi isə bildirib ki, ölkə prezidenti konstitusiyaya zidd addımlar atır.

Xatırladaq ki, Tunis Respublikasının Prezidenti Kays Sayid Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) fəaliyyətinin dayandırıldığını elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti