"Borussiya" baş məşqçisi Niko Kovaçla müqavilənin müddətini uzadıb
- 13 oktyabr, 2026
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın UEFA Çempionlar Liqasının əss mərhələsindəki rəqibi Almaniyanın "Borussiya" (Dortmund) klubu baş məşqçisi Niko Kovaç ilə yeni müqavilə imzalayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı xorvatiyalı mütəxəssislə müqavilənin müddəti 2029-cu il iyunun 30-dək uzadılıb.
N.Kovaçla yanaşı, onun köməkçiləri - 52 yaşlı Robert Kovaç və 49 yaşlı Filip Tapaloviç də komandada fəaliyyətlərini davam etdirəcəklər.
N.Kovaç Dortmund təmsilçisinin "sükanı arxasında" keçirdiyi 53 Bundesliqa matçında orta hesabla 2,15 xal toplayıb (ümumi 114 xal). Bu, klub tarixində baş məşqçilər arasında ən yüksək göstəricidir. O, 2025-ci ildə 11-ci pillədə təhvil aldığı komandanı mövsümün sonunda UEFA Çempionlar Liqasına yüksəldib. Ötən mövsümdə isə komanda Bundesliqada gümüş medallara (73 xal) sahib çıxıb.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də Bakıda keçiriləcək.