Tunis Respublikasının Prezidenti Kays Sayid Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) fəaliyyətinin dayandırıldığını elan edib.
“Report” xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat verib.
Bütün deputatların toxunulmazlığı ləğv edilib, baş nazir Hişam Maşişin isə istefa verəcək. Bu müddət ərzində isə hökumətə başqa şəxs rəhbərlik edəcək.
Tunis Respublikasının Prezidenti Kays Sayid ölkədəki vəziyyəti müzakirə etmək üçün Karfagendəki sarayda təhlükəsizlik rəsmiləri və hərbçilərlə təcili iclas keçirib. Buna səbəb Tunisin bir sıra böyük şəhərlərində keçirilən etiraz aksiyaları olub.
Aksiyaçılar parlamentin buraxılmasını, siyasi rejimin dəyişdirilməsini və epidemioloji vəziyyətin pisləşməsindən məsul olanların mühakimə olunmasını tələb ediblər.