Tunis sahillərində qayıq batıb, 29 nəfər itkin düşüb, ölənlər var

Tunis sahillərində qayıq batıb, 29 nəfər itkin düşüb, ölənlər var Tunisdən İtaliyaya getmək istəyən qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 34 nəfər itkin düşüb.
Digər ölkələr
25 Mart , 2023 06:00
Tunis sahillərində qayıq batıb, 29 nəfər itkin düşüb, ölənlər var

Tunisdən İtaliyaya getmək istəyən qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 29 nəfər itkin düşüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, onlardan 5-nin meyiti tapılıb, digərlərinin aqibəti naməlumdur. Qeyd edilir ki, bu, Tunis sahillərində son 2 gündə qəzaya uğrayan 5-ci qayıqdır.

Tunisdən İtaliyaya getmək istəyən mühacirlərin sayı gündən-günə artır. Sonuncu qayığın batması ilə bu günlərdə itkin düşən miqrantların ümumi sayı 67 nəfərə yüksəlib.

İtaliyanın Sahil Mühafizəsi xidmətinin əməkdaşları dünən Aralıq dənizində qeyri-qanuni miqrantlara qarşı əməliyyat keçirib. Birinci əməliyyatda balıqçı gəmisi ilə İtaliyaya getməyə çalışan 295 miqrant, ikinci əməliyyatda isə 450 miqrant xilas olunub.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, 2022-ci ilin analoji dövründə Tunisdən İtaliyaya gedən miqrantların sayı 1 300 nəfər olub, bu ilin eyni dövründə onların sayı 12 min nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi