Tunis sahillərində daha 24 miqrantın meyiti tapılıb

Digər ölkələr
  • 04 may, 2022
  • 22:53
Tunis sahillərində daha 24 miqrantın meyiti tapılıb

Tunisin Sahil Mühafizəsi aprelin sonlarında ölkə sahillərində qayıqların batması ilə nəticələnən qəzada həlak olan daha 24 miqrantın meyitini tapıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı artıq 67-yə çatıb.

50-dən çox insanın hələ də itkin düşdüyü qeyd edilir.

Son 48 saat ərzində Tunis Milli Qvardiyasının bölmələri ölkənin dəniz sərhədlərini qanunsuz keçməyə cəhd edən 30-a yaxın afrikalı miqrantı saxlayıb.

Xatırladaq ki, aprelin 23-də Sfaks əyaləti sahillərində, ilkin məlumatlara görə, göyərtələrində 120 nəfərin olduğu dörd qayıq qəzaya uğrayıb.