Trampın şəxsi həkimi prezidentin səhhətindən danışdı

Trampın şəxsi həkimi prezidentin səhhətindən danışdı ABŞ prezidenti Donald Trampın şəxsi həkimi Şon Konli Birləşmiş Ştatlar liderinin sağlam olduğunu təsdiq edib.
Digər ölkələr
600
1 Sentyabr , 2020 22:36
Trampın şəxsi həkimi prezidentin səhhətindən danışdı
Donald Tramp

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi Şon Konli Birləşmiş Ştatlar liderinin sağlam olduğunu təsdiq edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Şon Konli bildirib ki, ABŞ lideri insult və ya mikroinsult keçirməyib.

"Prezident sağlamdır, mənim onu gözləyən gərgin iş qrafikinə dözmək qabiliyyətindən qorxum yoxdur. Son hesabatımda göstərildiyi kimi, güman edirəm ki, o prezident səlahiyyətlərini yerinə yetirmək vəziyyətində qalacaq", - deyə həkimin Ağ Ev tərəfindən yayılmış bəyanatında deyilir. Konli vurğulayıb ki, Trampda KİV-in səhvən bildirdiyi kimi insult, mikroinsult və ya hər hansı başqa kəskin ürək-damar xəstəlikləri olmayıb.

Daha əvvəl Tramp özünün “Twitter”dəki səhifəsində bu yaxınlarda bir neçə dəfə mikoinsult keçirməsi xəbəri yalan adlandırıb.

Son xəbərlər

Orphus sistemi