Trampın iqamətgahında əlavə məxfi sənədlər tapılıb

Trampın iqamətgahında əlavə məxfi sənədlər tapılıb ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri onun iqamətgahında əlavə məxfi sənədlər taparaq Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssislərinə təhvil veriblər.
Digər ölkələr
11 Fevral , 2023 06:45
Trampın iqamətgahında əlavə məxfi sənədlər tapılıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkilləri onun iqamətgahında əlavə məxfi sənədlər taparaq Federal Təhqiqatlar Bürosunun (FTB) mütəxəssislərinə təhvil veriblər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Gizli sənədlər ötən ilin dekabrında Trampın Mar-a-Laqo malikanəsində (Florida) aşkar edilib.

Açıqlanmayan məxfi sənədlərlə yanaşı, vəkillər keçmiş prezidentin köməkçilərindən birinə məxsus noutbuk və üzərində “gizli axşam brifinqi” yazılmış boş qovluq da tapıblar.

Keçmiş Amerika liderinin vəkilləri tapılan sənədləri, noutbuku və qovluğu FTB ekspertlərinə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi