İtaliyanın Baş naziri NATO rəhbərini tənqid edib: Ehtiyatlı davranmalıyıq

İtaliyanın Baş naziri NATO rəhbərini tənqid edib: Ehtiyatlı davranmalıyıq İtaliyanın Baş naziri Corca Meloni Qərb ölkələrinə Ukraynanın Rusiya ərazisinə onların təqdim etdiyi silahlarla zərbələr endirməsinə qoyulan qadağaya yenidən baxılması çağırışlarında ehtiyatlı olmağa çağırıb.
Digər ölkələr
27 May , 2024 05:27
İtaliyanın Baş naziri NATO rəhbərini tənqid edib: Ehtiyatlı davranmalıyıq

İtaliyanın Baş naziri Corca Meloni Qərb ölkələrinə Ukraynanın Rusiya ərazisinə onların təqdim etdiyi silahlarla zərbələr endirməsinə qoyulan qadağaya yenidən baxılması çağırışlarında ehtiyatlı olmağa çağırıb.

“Report” “Agenzia Nova”ya istinadən xəbər verir ki, bu barədə İtaliya lideri “Rai3” telekanalının “Yarım saat sonra” verilişində deyib.

“Stoltenberqin niyə belə bir şey söylədiyini bilmirəm, amma diqqətli olmalıyıq. NATO sərt və qeyri-müəyyənlik olmadan olmalıdır, lakin mən daha diqqətli olmağı tövsiyə edirəm”, – Baş nazir NATO-nun Baş katibi Yens Stoltenberqin bəyanatını şərh edərkən söyləyib.

Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq “The Economist”ə müsahibəsində Ukraynanın tərəfdaş ölkələrinin Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün öz silahlarından istifadəyə qoyulan qadağanı aradan qaldırmalı olduqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi