Çinin hüquq-mühafizə orqanları 2 milyona yaxın kibercinayətin üstünü açdığını bildirib

Çinin hüquq-mühafizə orqanları 2 milyona yaxın kibercinayətin üstünü açdığını bildirib Çin hüquq-mühafizə orqanları son 5 ildə 1,9 milyon kibercinayətin üstünü açıb.
Digər ölkələr
27 May , 2024 08:47
Çinin hüquq-mühafizə orqanları 2 milyona yaxın kibercinayətin üstünü açdığını bildirib

Çin hüquq-mühafizə orqanları son 5 ildə 1,9 milyon kibercinayətin üstünü açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi Li Qoçjun brifinqdə açıqlayıb.

“Son beş il ərzində telekommunikasiya və internet sahəsində ümumilikdə 1 milyon 945 min dələduzluq faktının üstü açılıb”, –hüquq-mühafizə orqanının sözçüsü diqqətə çatdırıb.

Eyni zamanda, onun sözlərinə görə, səkkiz ayda belə cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi