Hua Çunyin ÇXR-in xarici işlər nazirinin müavini təyin edilib

Hua Çunyin ÇXR-in xarici işlər nazirinin müavini təyin edilib Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurası ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat şöbəsinin rəhbəri Hua Çunyini xarici işlər nazirinin müavini təyin edib.
Digər ölkələr
27 May , 2024 08:20
Hua Çunyin ÇXR-in xarici işlər nazirinin müavini təyin edilib

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurası ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat şöbəsinin rəhbəri Hua Çunyini xarici işlər nazirinin müavini təyin edib.

“Report” xəbər verir ki, bu barədə Çinin İnsan Resursları və Sosial Təminat Nazirliyinin saytında bildirilib.

Qeyd edək ki, Hua Çunyin 2021-ci ildən İnformasiya və mətbuat şöbəsinin rəhbəri, həmçinin ÇXR XİN başçısının köməkçisi vəzifələrində çalışıb. 1992-ci ildən Çin Xarici İşlər Nazirliyində işləyir. O, əvvəllər Çinin Sinqapurdakı səfirliyində, eləcə də Çinin Avropa İttifaqındakı diplomatik nümayəndəliyində fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi