ABŞ Milli Qvardiyasının hərbçiləri Konqresə göndərildi

ABŞ Milli Qvardiyasının hərbçiləri Konqresə göndərildi ABŞ-ın Virciniya ştatı Vaşinqtonda Milli Qvardiyanın hərbçilərini göndərir.
Digər ölkələr
7 Yanvar , 2021 00:47
ABŞ Milli Qvardiyasının hərbçiləri Konqresə göndərildi

ABŞ-ın Virciniya ştatı Milli Qvardiyasının hərbçilərini Vaşinqtona göndərir.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoruna istinadən "Reuters" bildirib.

Merilend ştatı da Milli Qvardiya hərbçilərini Vaşinqtona göndərib. Bu barədə ştatın qubernatoru özünün tvitterdəki səhifəsində xəbər verib.

Eyni zamanda ABŞ prezidenti Donald Tramp da etirazçıların zorla daxil olduqları Konqresə Milli Qvardiyanın hərbi qulluqçularını göndərmək barədə göstəriş verib.

"Washington Post" Vaşinqtonun 1 100 hərbçisinin hamısının etirazçıların qarşısının alınması üçün səfərbər olunduqlarını xəbər verib.

ABC telekanalı isə ABŞ prezidenti Donald Trampın tərəfdarlarının bir hissəsinin Konqresin binasını tərk etdiklərini xəbər verib. Telekanalın məlumatına görə, etirazçıların bir qismi Kapitolinin binasını tərk etsə də, aksiyaçıların çox hissəsi hələ də içəridədir.

Son xəbərlər

Orphus sistemi