Tramp KİV-in onun Rusiya və KXDR-ə münasibəti haqqında xəbərlərinə qəzəblənib

Tramp KİV-in onun Rusiya və KXDR-ə münasibəti haqqında xəbərlərinə qəzəblənib Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yerli kütləvi informasiya vasitələrinin onun Rusiya və KXDR-ə münasibətləri haqqında xəbərlərindən hiddətlənib.
Digər ölkələr
5 Oktyabr , 2018 05:39
Tramp KİV-in onun Rusiya və KXDR-ə münasibəti haqqında xəbərlərinə qəzəblənib

Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yerli kütləvi informasiya vasitələrinin onun Rusiya və KXDR-ə münasibətləri haqqında xəbərlərindən hiddətlənib.

"Report" RT-ə istinadən xəbər verir ki, o, bu barədə fikirlərini Minnesotda, tərəfdarları qarşısında çıxışında ifadə edib.

Dövlət başçısı qeyd edib ki, "saxta" KİV-lər onun Rusiyaya qarşı münasibətini çox mehriban, KXDR-ə qarşı münasibətini isə çox sərt adlandırıblar. "Onlar bildiriblər ki, mən Rusiyaya qarşı çox mehriban, Şimali Koreyaya qarşı olduqca sərt olmuşam", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Bununla yanaşı, Tramp bildirib ki, əgər o, Rusiyaya münasibətdə "kobud" olsaydı, onda KİV-də dövlət başçısının Rusiyaya münasibətdə "çox sərt olması" xəbər verilərdi.

"Bütün bunlar saxta xəbərlərdir", - deyə Tramp fikirlərini tamamlayıb. 

Son xəbərlər

Orphus sistemi