Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb

Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb ABŞ prezidenti Donald Tramp Fox News telekanalının Birləşmiş Ştatlar sakinlərinin 50%-dən çoxunun dövlət başçısının impiçmentini dəstəkləməsi ilə bağlı sorğusunun nəticələrini qeyri-dəqiq hesab edir.
Digər ölkələr
16 Dekabr , 2019 01:47
Tramp impiçmentlə bağlı sorğunun nəticələri ilə razılaşmayıb

ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının Birləşmiş Ştatlar sakinlərinin 50%-dən çoxunun dövlət başçısının impiçmentini dəstəkləməsi ilə bağlı sorğusunun nəticələrini qeyri-dəqiq hesab edir.

"Report" xəbər verir ki, bu barədə Tramp özünün "Twitter"dəki səhifəsində yazıb.

"Fox News"un sorğuları, həmişəki kimi qeyri-dəqiqdir, güclü şəkildə demokratlara tərəf əyilirlər. Bu gülməlidir. 2016-cı ildə də belə idi. Onlar hər şeyi yanlış etdilər", - deyə ABŞ prezidenti bildirib.

Telekanalın saytında dərc edilmiş sorğunun nəticələrinə əsasən 50% respondent Trampın impiçment yolu ilə hakimiyyətdən kənarlaşdırılmasını dəstəkləyir. Sorğuda iştirak edənlərin 4%-i impiçmentlə razılaşıblar. Lakin istefanın əleyhinə çıxıblar. 

Respondentlərin 41%-i bildirib ki, onlar impiçmentə qarşıdır.

Son xəbərlər

Orphus sistemi