Tramp dövlət katibi postuna yeni namizəd irəli sürüb

Tramp dövlət katibi postuna yeni namizəd irəli sürüb Prezidentin namizədi Mayk Pompeodur
Digər ölkələr
2625
21 Mart , 2018 03:15
Tramp dövlət katibi postuna yeni namizəd irəli sürüb

Bakı. 21 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini Senata göndərib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Reqlamentə əsasən, Pompeonun namizədliyi əvvəlcə Senatın Xarici İşlər Komitəsi, ardınca isə tam heyəti (100 nəfər) tərəfindən təsdiq edilməlidir.

Vəzifəyə təsdiq hər iki halda sadə səs çoxluğu ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi