Tramp: "COVID-19-un dəhşətli ola biləcəyini bilirdim"

Tramp: "COVID-19-un dəhşətli ola biləcəyini bilirdim" ABŞ prezidenti Donald Tramp koronavirusun yayılmasının ilk vaxtlarında təhlükədən xəbərdar olduğunu, lakin nikbin görünmək xatirinə özünü o yerə qoymadığını bildirib.
Digər ölkələr
1 Aprel , 2020 17:02
Tramp: COVID-19-un dəhşətli ola biləcəyini bilirdim

ABŞ prezidenti Donald Tramp koronavirusun yayılmasının ilk vaxtlarında təhlükədən xəbərdar olduğunu, lakin nikbin görünmək xatirinə özünü o yerə qoymadığını bildirib.

“Report” “Business İnsider”ə istinadən xəbər verir ki, Ağ Evdəki brifinq zamanı dövlət başçısı bu barədə deyib:

“Hamısını bilirdim. Bunun dəhşətli ola biləcəyini də, bəlkə də, hər şeyin yaxşı qurtaracağını da bilirdim. Amma bəd danışan olmaq istəmədim. Bədbin şeylər danışmaq doğrudan da asandır, amma mən xalqa ümid vermək istəyirəm. Bildiyiniz kimi mən bu ölkə üçün tamadayam, ölkəmiz, bəlkə də, heç görmədiyi ən pis vəziyyətə düşüb”.

Ağ Evin yüksək rütbəli tibbi ekspertlərinin fikrincə, COVID-19 virusundan ölkədə 100 mindən 240 minədək insan ölə bilər. Son məlumata görə ABŞ-da koronavirusa yoluxanlar 188 647 nəfər (ən yüksək göstərici), ölənlər isə 4 059 (üçüncü nəticə) nəfərdir.

Son xəbərlər

Orphus sistemi