Donald Tramp "Boeing"ə "737 MAX" modelinin adını dəyişdirməyi təklif edib

Donald Tramp "Boeing"ə "737 MAX" modelinin adını dəyişdirməyi təklif edib ABŞ Prezidenti Donald Tramp Boeing şirkətinə 737 MAX modeldən olan təyyarələrin model adının dəyişdirilməsini məsləhət görüb.
Digər ölkələr
15 Aprel , 2019 16:04
Donald Tramp Boeingə 737 MAX modelinin adını dəyişdirməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp "Boeing" şirkətinə "737 MAX" modeldən olan təyyarələrin model adının dəyişdirilməsini məsləhət görüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə, o, "Twitter"də yazıb.

"Brendinq haqqında bildiklərim, bəlkə də, heç nədir (amma prezident oldum!), amma "Boeing"in yerində olsaydım, "Boeing 737 MAX" modellərindəki qüsurları aradan qaldırar, bir sıra əlavə xüsusiyyətlər əlavə edər və modelin adını dəyişdirərdim. Amma yenə də, lənət şeytana, mən nə bilirəm ki?", - D.Tramp yazıb.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi Efiopiyada qəzaya uğrayıb, nəticədə 157 nəfər ölüb. Analoji modeldən olan təyyarə ötən il oktybarın 29-da İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər ölüb. Efiopiyadakı qəzadan sonra təhlükəsizliklə əlaqədar RusiyaABŞ və Aİ ölkələri də daxil olmaqla, bir çox ölkələr "Boeing 737 MAX" modelinin istifadəsindən imtina edib.

Son xəbərlər

Orphus sistemi