Yuxarı

Efiopiyada təyyarə qəzasında 35 ölkənin vətəndaşları həlak olub - FOTO

Efiopiyada təyyarə qəzasında 35 ölkənin vətəndaşları həlak olub

Bakı. 10 mart. REPORT.AZ/ Efiopiyada qəzaya uğramış "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsində 35 ölkənin vətəndaşları həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Ethiopian Airlines" aviaşirkətindən bildirilib. "Təyyarədə 149 sərnişin və 8 heyət üzvü olub. Faciənin qurbanı 35 dövlətin vətəndaşı olub, - deyə şirkətin xəbərində bildirilir.

Qeyd edilir ki, onlardan 32-i Keniyanın, 18-i Kanadanın, 9-u Efiopiyanın, 8-i İtaliyanın, 8-i Çinin, 8-i ABŞ-ın, 7-i Böyük Britaniyanın, 7-i Fransanın, 6-ı Misirin, 5-i Almaniyanın, 4-ü Hindistanın, 4-ü Slovakiyanın, 3-ü Avstriyanın, 3-ü İsveçin, 3-ü Rusiyanın, habelə Mərakeşin, İspaniyanın, Polşanın, İsrailin (hər ölkədən iki sərnişin - red) vətəndaşları olublar.

Bundan başqa, həlak olanlar arasında Belçika, Cibuti, İndoneziya, İrlandiya, Mozambik, Norveç, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Serbiya, Toqo, Uqanda, Yəmən, Nepal, Nigeriya vətəndaşları, BMT pasportu daşıyan bir sərnişin də olub.

Qeyd edək ki, Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi