Aİ-də "Boeing 737 MAX" təyyarələrinin uçuşu qadağan olunub

Aİ-də "Boeing 737 MAX" təyyarələrinin uçuşu qadağan olunub Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı (Aİ) ərazisində Boeing 737 MAX 8 və 737-9 MAX tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.
Digər ölkələr
12 Mart , 2019 23:02
Aİ-də Boeing 737 MAX təyyarələrinin uçuşu qadağan olunub

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı (Aİ) ərazisində "Boeing 737 MAX 8" və "737-9 MAX" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.

“Report” xəbər verir ki, bu barədə məlumat EASA-nın saytına yerləşdirilib.

Bir sıra ölkələr Efiopiyada "Boeing 737 MAX 8" tipli təyyarənin qəzaya uğramasından sonra öz hava məkanlarını bu tip təyyarələr üçün artıq bağlayıblar. Onların arasında Böyük Britaniya, Fransa və Efiopiya var.

Daha əvvəl isə 25 aviaşirkət bu tip təyyarələrin istismarından imtina edib.

Son xəbərlər

Orphus sistemi