Tramp Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyin hələ tez olduğunu bildirib
Digər ölkələr
- 23 sentyabr, 2025
- 23:43
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna üçün konkret təhlükəsizlik təminatlarını müzakirə etmək hələ tezdir.
"Report" xəbər verir ki, Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi brifinqdə deyib.
"Biz bu barədə danışacağıq. Ümid edirəm, bu barədə bir az sonra danışa bilərik. Bu sualı cavablandırmaq hələ tezdir", - Tramp müxbirin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsinin mümkünlüyü ilə bağlı sualına cavab verib.
Rusiya-Ukrayna münaqişəsinin həlli kontekstində Rusiya lideri Vladimir Putinə etibarından danışan Tramp ən azı bir ay ona münasibət bildirə bilməyəcəyini deyib: "Təxminən bir aydan sonra sizə xəbər verəcəyəm".
Son xəbərlər
06:30
Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:20
FTB Braun universitetində atəş şəxs haqqında məlumat verənə mükafat vəd edib
Digər06:03
Çin səfirliyi Böyük Britaniyaya xəbərdarlıq edib
Digər ölkələr05:50
Politico: ABŞ Ukraynaya ultimatum verib, təhlükəsizlik müqabilində ərazilərindən imtinanı tələb edib
Digər ölkələr05:39
Braziliyada Azadlıq heykəlinin surəti güclü külək səbəbindən çöküb
Digər ölkələr05:13
"Könüllülər koalisiyası" Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün planlar hazırlayıb
Digər ölkələr04:38
Azərbaycan Mərkəzi Asiyada sərhəd mübahisələrinin dinc yolla həllini dəstəklədiyini bəyan edib
Xarici siyasət04:09
İspaniya millisinin sabiq futbolçusu Lionel Messinin komanda yoldaşı olub
Futbol03:41