Tonqada güclü zəlzələ olub

Digər ölkələr
  • 24 dekabr, 2023
  • 00:54
Tonqada güclü zəlzələ olub

Tonqa Krallığının sahilində 5,6 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun verilənlərinə görə, yeraltı təkanların episentri Panqai şəhərindən 123 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

44 - Tezliklə