​Terrorçu İŞİD qadın silahlılarını Liviyaya göndərir

​Terrorçu İŞİD qadın silahlılarını Liviyaya göndərir Onların arasında Britaniyanın 60 vətəndaşı da var
Digər ölkələr
29 Fevral , 2016 19:33
​Terrorçu İŞİD qadın silahlılarını Liviyaya göndərir

Bakı. 29 fevral. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması nəqliyyat sahəsindəki işləri təşkil və şəhərdaxili asayişi təmin etmək tapşırığı verdiyi qadınları Liviyaya göndərir.

"Report" xəbər verir ki, bu haqda "Times" qəzeti məlumat yayıb.

Məlumata görə, həmin qadınlar Liviyanın qərbində Sabrasa bölgəsində yerləşdirilir.

Xəbərdə bildirilib ki, ötən həftə Sabrasada onların 7-si tutulub, 3-dən çoxu isə öldürülüb.

Sabrasa bələdiyyəsinin başçısı Hüsey əl-Tövadi bildirib ki, həmin qadınlar şəhər nəqliyyatı ilə maraqlanır, eyni zamanda döyüşürlər.

Qəzetin yazdığına görə, onların arasında Britaniyanın 60 qadın vətəndaşı da var. 

Son xəbərlər

Orphus sistemi