Tayvan ABŞ-la adada Amerika silahlarının istehsalını müzakirə edəcək

Tayvan ABŞ-la adada Amerika silahlarının istehsalını müzakirə edəcək Tayvan Silahlı Qüvvələri ABŞ-la adada Amerika silahlarının istehsalının lokallaşdırılması imkanlarını müzakirə etməyi planlaşdırır.
Digər ölkələr
13 Avqust , 2024 04:11
Tayvan ABŞ-la adada Amerika silahlarının istehsalını müzakirə edəcək

Tayvan Silahlı Qüvvələri ABŞ-la adada Amerika silahlarının istehsalının lokallaşdırılması imkanlarını müzakirə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Tayvanın “Taipei Shibao” qəzeti məlumat yayıb.

Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun əməkdaşı Şu Syoxuanın nəşrə verdiyi məlumata görə, bu məsələlər sentyabrın 22-dən 24-dək Filadelfiyada keçiriləcək hərbi sənaye üzrə ABŞ-Tayvan konfransında müzakirə olunacaq. Onun sözlərinə görə, Tayvanda texniki xidmət və təmir üçün müntəzəm olaraq Amerika Birləşmiş Ştatlarına göndərilməli olan bir çox Amerika sistemləri var.

Konfrans çərçivəsində dörd sessiya keçiriləcək: onlar Amerika hərbi-sənaye kompleksinin üzləşdiyi çağırışlara, dünyadakı vəziyyətə cavab verməyə, ABŞ və Tayvan müdafiə müəssisələri arasında əməkdaşlıq modelinə, eləcə də adaya Amerika silahlarının tədarükünə həsr olunacaq.

Son xəbərlər

Orphus sistemi