Tanzaniyada onlarla insan naməlum xəstəliyə yoluxub, azı 15 nəfər ölüb

Tanzaniyada onlarla insan naməlum xəstəliyə yoluxub, azı 15 nəfər ölüb Tanzaniyada naməlum xəstəlik azı 15 nəfərin həyatına son qoyub.
Digər ölkələr
9 Fevral , 2021 02:13
Tanzaniyada onlarla insan naməlum xəstəliyə yoluxub, azı 15 nəfər ölüb

Tanzaniyada naməlum xəstəlik azı 15 nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə sisteminin nümayəndələrinə istinadən “Anadolu” agentliyi bildirib.

Səhiyyə nümayəndələrinin sözlərinə görə, infeksiya qanla qusmaya səbəb olur. Artıq infeksiyaya yoluxmuş 50-dən çox pasiyent xəstəxanaya yerləşdirilib.

"Bu xəstəlik hələ geniş yayılmayıb, yalnız bir inzibati dairədə kütləvi yoluxma olub", - Çunya dairəsinin baş həkimi Felista Kisandu deyib.

Onun sözlərinə görə, pasiyentlərin vəziyyətinin kliniki qiymətləndirilməsi və kütləvi yoluxmanın səbəblərinin araşdırılması üçün əraziyə tibbi ekspert qrupu ezam olunub.

Həkim qeyd edib ki, xəstələrin müxtəlif qan nümunələri civə izlərinin yoxlanılması üçün dövlət laboratoriyalarına göndərilib.

Son xəbərlər

Orphus sistemi