Yuxarı

"Taliban"ın 150 üzvü ​Əfqanıstan hakimiyyətinə təslim olub

Kəməruddin Şekib: Bu prosesin davam edəcəyini gözləyirik

Bakı. 11 iyul. REPORT.AZ/ Əfqanıstanın qərbində yerləşən Bədqisə əyalətində "Taliban" hərəkatının 150 üzvü silahları ilə birlikdə yerli hakimiyyətə təslim olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu əyalət valisinin müavini Kəməruddin Şekib bildirib.

Onun sözlərinə görə, bu, Əfqanıstandakı Ali Sülh Şurasının fəaliyyəti gerçəkləşib.

K.Şekib qeyd edib ki, təslim olan silahlılar əvvəllər Bədqisin bir neçə rayonunda terror aktı törədib: "Onların təslim olmasının bölgənin təhlükəsizliyi üçün çox böyük əhəmiyyəti var".

Onun sözlərinə görə,"Sülh proqramı" çərçivəsində  yaxın günlərdə bu prosesin "Taliban" tərəfindən davam etdiriləcəyini və daha çox silahlının təslim olacağını gözləyirlər.

Xəbərə görə, bu proqramın icrası başlayandan hərəkatın minlərlə silahlısı təslim olub.

Məlumatda bildirilib ki, Əfqanıstan Ali Şurasının təşəbbüsü ilə başlayan bu tədbir çərçivəsində hakimiyyətə təslim olan "Taliban" üzü maliyyə ilə təmin edilir, işə düzəldilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi