"Taliban" İŞİD tərəfdarlarını edam edib

"Taliban" İŞİD tərəfdarlarını edam edib "Taliban" Əfqanıstanın Cəlalabad şəhərinin Nanqarhar əyalətinin inzibati mərkəzində İŞİD terror təşkilatına yaxınlığına görə iki nəfəri edam edib.
Digər ölkələr
4 Oktyabr , 2021 03:04
Taliban İŞİD tərəfdarlarını edam edib

"Taliban" hərəkatı Əfqanıstanın Cəlalabad şəhərinin Nanqarhar əyalətinin inzibati mərkəzində İŞİD terror təşkilatına yaxınlığına görə altı nəfəri edam edib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilir onlar Nanqarharda yerli jurnalist də daxil olmaqla, dörd nəfərin qətlində iştirakçı olublar. Cəlalabad sakinləri əmindirlər ki, silahlı hücuma görə İŞİD məsuliyyət daşıyır. 

Nanqarhar İŞİD-in bir qolu olan Xorasanda İslam Dövləti ilə əlaqəli qoşunların cəmləşdiyi bölgə hesab olunur.

03.09.2021. 17:53

"Taliban" Əfqanıstanın Cəlalabad şəhərinin Nanqarhar əyalətinin inzibati mərkəzində İŞİD terror təşkilatına yaxınlığına görə iki nəfəri edam edib.

"Report" xəbər verir ki, bu barədə Əfqanıstanın "Pajhwok" agentliyi məlumat yayıb.

Ötən gün Nanqarharda yerli jurnalist də daxil olmaqla dörd nəfər öldürülüb. Cəlalabad sakinləri əmindirlər ki, silahlı hücuma görə İŞİD məsuliyyət daşıyır.

Nanqarhar İŞİD-in bir qolu olan Xorasanda İslam Dövləti ilə əlaqəli qoşunların cəmləşdiyi bölgə hesab olunur. Təkcə keçən həftə bu qruplaşmanın həyata keçirdikləri partlayışlar və silahlı hücumlar nəticəsində bölgədə azı on nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi