​Suriyada Rusiya xüsusi təyinatlısı ölüb

​Suriyada Rusiya xüsusi təyinatlısı ölüb O, döyüş tapşırığını yerinə yetirərkən mühasirəyə düşüb
Digər ölkələr
25 Mart , 2016 00:38
​Suriyada Rusiya xüsusi təyinatlısı ölüb

Bakı. 25 mart. REPORT.AZ/ Rusiya xüsusi təyinatlı qüvvələrinin zabiti Suriyanın Palmira rayonu ərazisində terrorçulara aviazərbələrin endirilməsi üzrə tapşırığı yerinə yetirərkən həlak olub.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Xmeymim" bazasının nümayəndəsi məlumat verib.

"Tadmor yaşayış məntəqəsi ərazisində (Palmira, Homs əyaləti — red) Rusiya təyyarələrinin İŞİD terrorçularının hədəflərinə zərbə endirməsi üzrə xüsusi tapşırığı yerinə yetirən zaman Rusiya xüsusi təyinatlı qüvvələrinin zabiti ölüb", — deyə mənbə bildirib.

Onun sözlərinə görə, zabit son bir həftə ərzində Palmira ərazisində İŞİD-çilərin obyektlərini aşkar edərək Rusiya Hərbi Hava Qüvvələrinə dəqiq kordinatlar verməklə məşğul olub. Sonda zabit terrorçular tərəfindən aşkar edilərək mühasirəyə alınıb və öldürülüb.

Son xəbərlər

Orphus sistemi