Suriyada Rusiya hərbçisi həlak olub

Suriyada Rusiya hərbçisi həlak olub Suriyada humanitar yardımla dolu karvanın partladılması nəticəsində bir rus hərbçisi həlak olub.
Digər ölkələr
9 Sentyabr , 2021 23:45
Suriyada Rusiya hərbçisi həlak olub

Suriyada humanitar yardımla dolu avtomobil karvanının partladılması nəticəsində bir rus hərbçi həlak olub.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Homs əyalətində olub. Bomba quraşdırılmış avtomobilin karvana yaxınlaşması nəticəsində partlayış baş verib. Əvvəlcə ağır yaralanan Rusiya hərbçisi sonradan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi