Suriya üzrə Rusiya, İran və Türkiyə birgə qrupunun növbəti iclası fevralın 15-16-na planlaşdırılıb

Suriya üzrə Rusiya, İran və Türkiyə birgə qrupunun növbəti iclası fevralın 15-16-na planlaşdırılıb Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi: "Görüşün vaxtı Ankara və Tehranın təsdiqindən sonra dəqiqləşəcək"
Digər ölkələr
6 Fevral , 2017 18:02
Suriya üzrə Rusiya, İran və Türkiyə birgə qrupunun növbəti iclası fevralın 15-16-na planlaşdırılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Suriya məsələsi üzrə Rusiya, İran və Türkiyə birgə əməliyyat qrupunun növbəti iclası fevralın 15-16-na planlaşdırılır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Astana danışıqlarında Rusiya nümayəndə heyətinə başçılıq etmiş Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-mayor Stanislav Hacıməhəmmədov məlumat verib.

"Növbəti görüşün fevralın 15-16-na planlaşdırılması ilə bağlı razılaşmışıq. Başqa sözlə, Şərqi Quta, Vadi Barada regionlarındakı vəziyyətin daha ətraflı müzakirə olunacağı Cenevrə konfransından əvvəl görüş olmalıdır" - S.Hacıməhəmmədov bildirib.

O əlavə edib ki, görüşün tarixi ilkin variantdır və yalnız Ankara və Tehranın təsdiqindən sonra dəqiqləşəcək.

Son xəbərlər

Orphus sistemi