Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb, toqquşmalarda ölənlər var

Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb, toqquşmalarda ölənlər var Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.
Digər ölkələr
30 Oktyabr , 2021 18:22
Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb, toqquşmalarda ölənlər var

Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.

"Sudan ordusu komandirinin qərarlarına qarşı oktyabrın 30-da təşkil olunan nümayişdə iki etirazçı həlak olub", - məlumatda deyilir.

Bundan əvvəl yüzlərlə nümayişçinin Omdurman şəhərində küçələrə çıxdığı bildirilirdi.

Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb.

Son xəbərlər

Orphus sistemi