Sudanda 3 günlük atəşkəsdən sonra yenidən toqquşmalar başlayıb

Sudanda 3 günlük atəşkəsdən sonra yenidən toqquşmalar başlayıb Sudan silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin bölmələri arasında toqquşmalar 3 günlük atəşkəsdən sonra yenidən başlayıb.
Digər ölkələr
21 iyun 2023 17:48
Sudanda 3 günlük atəşkəsdən sonra yenidən toqquşmalar başlayıb

Sudan silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin bölmələri arasında toqquşmalar 3 günlük atəşkəsdən sonra yenidən başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Toqquşmalar Xartum Beynəlxalq Hava Limanı yaxınlığındakı kəşfiyyat qərargahı ətrafında qeydə alınıb.

Sudanda aprelin ortalarından bəri ölkənin silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar gedir. Toqquşmalar üç mindən çox insanın həyatına son qoyub, altı mindən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi