Sudan üzərində vurulmuş İl-76-nın BƏƏ şirkətinə məxsus olmadığı açıqlanıb

Sudan üzərində vurulmuş İl-76-nın BƏƏ şirkətinə məxsus olmadığı açıqlanıb Sudan üzərində vurulmuş və göyərtəsində Rusiya vətəndaşlarının ola biləcəyi İl-76 təyyarəsi BƏƏ-də qeydiyyatda olmayıb.
Digər ölkələr
25 Oktyabr , 2024 03:53
Sudan üzərində vurulmuş İl-76-nın BƏƏ şirkətinə məxsus olmadığı açıqlanıb

Sudan üzərində vurulmuş və göyərtəsində Rusiya vətəndaşlarının ola biləcəyi İl-76 təyyarəsi BƏƏ-də qeydiyyatda olmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ hökumətinin nümayəndəsi vurulmuş təyyarənin BƏƏ şirkətinə məxsus olması barədə məlumatları şərh edərkən söyləyib.

“Mətbuatın əsassız məlumatlarının əksinə olaraq, aydın şəkildə bildirmək vacibdir ki, sözügedən təyyarə Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatda deyil və onunla əlaqəsi yoxdur”, – mənbə açıqlayıb.

O həmçinin vurğulayıb ki, BƏƏ Sudandakı daxili münaqişənin heç bir tərəfinə silah və hərbi texnika çatdırmır. Onun sözlərinə görə, BƏƏ-nin Sudan Çevik Reaksiya Qüvvələrinə yardımçı olması barədə məlumatlar ölkənin Sudan ordusu tərəfindən dezinformasiya kampaniyasının hədəfi olduğunu göstərir.

Xatırladaq ki, oktyabrın 21-də Sudan Çevik Reaksiya Qüvvələri (ÇRQ) ölkənin qərbində BƏƏ şirkətinə məxsus ola biləcək yük təyyarəsini vurmuşdu.

Son xəbərlər

Orphus sistemi