Ştaynmayer Bundestaqın buraxılmasını elan edəcək

Ştaynmayer Bundestaqın buraxılmasını elan edəcək Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması barədə qərar qəbul etməyi planlaşdırır.
Digər ölkələr
20 Dekabr , 2024 15:07
Ştaynmayer Bundestaqın buraxılmasını elan edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması barədə qərar qəbul etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Almaniya Prezidenti dəftərxanasının nümayəndəsi Kerstin Qammelin “X” sosial şəbəkəsində məlumat verib.

"Son günlərdə Almaniya hökuməti üçün sabit parlament çoxluğunun yaradılması ilə bağlı artıq heç bir perspektivin olmadığına əmin olmaq məqsədilə Bundestaqda fraksiya və qrupların sədrləri ilə danışıqlar apardım. Mən Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq 2024-cü il dekabrın 27-də Bundestaqın buraxılması barədə qərar qəbul etmək niyyətindəyəm", - K.Qammelin Ştaynmayerdən sitat gətirib.

Son xəbərlər

Orphus sistemi