Britaniyalılar mühafizəkar Rişi Sunakın əvvəlki nazirlər kabinetini Leyborist Partiyasından olan baş nazir Kir Starmerin hazırkı hökumətinə üstün tuturlar.
“Report” “The Daily Telegraph”a istiandən xəbər verir ki, bu, leyboristlərin iqtidara gəlməsindən üç ay keçməmiş “More in Common” araşdırma mərkəzi tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələrindən bəlli olub.
Nəşr qeyd edir ki, sorğuda iştirak edənlərin 31 %-i keçmiş hökumətə üstünlük verəcəklərini bildiriblər, 29 % respondent isə hazırkı nazirlər kabinetindən razıdır.
Sorğuda iştirak edənlərin yalnız 22 %-i üç ay əvvəl inamlı qələbəyə baxmayaraq, Leyborist Partiyasının növbəti seçkilərdə hakimiyyəti saxlaya biləcəyinə əmin olduqlarını söyləyiblər. Starmerin rəhbərlik etdiyi partiya parlamentin aşağı palatası olan 650 yerlik İcmalar Palatasına 412 deputat keçirə bilmişdi. Bununla yanaşı, respondentlərin 33 %-i indi leyboristləri dəstəklədiklərinə, 5 %-i isə torilərə səs verdiklərinə təəssüf edirlər.
Sorğuda ümumilikdə Birləşmiş Krallığın 2 080 yetkinlik yaşına çatmış sakini iştirak edib.