Somalidə terror aktı zamanı deputat və daha 14 nəfər həlak olub

Digər ölkələr
  • 25 mart, 2022
  • 04:40
Somalidə terror aktı zamanı deputat və daha 14 nəfər həlak olub

Somalinin Beledveyne şəhərində “Aş-Şabab” təşkilatı yaraqlılarının törətdiyi terror aktı zamanı 15 nəfər həlak olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ölənlər arasında ölkənin qadın deputatı Aminə Məhəmməd Abdi də var.

Hücum seçkilər ərəfəsində baş verib. Deputat seçki kampaniyası ilə məşğul olurmuş.

Prezident Məhəmməd Abdulla Fermaju və Baş nazir Məhəmməd Hüseyn Roble hücumları pisləyib.

44 - Tezliklə