Moqadişoda partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Digər ölkələr
  • 16 iyun, 2019
  • 02:30
Moqadişoda partlayış nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Şənbə günü Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış nəticəsində azı 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.

Somali polis komissarı Bəşir Əbdi Məhəmməd jurnalistlərə bildirib ki, "Səid kəsişməsi yaxınlığında bombanın partlaması nəticəsində doqquz nəfər ölüb, 25-i isə yaralanıb".

İkinci partlayış aeroporta gedən yolda törədilib. Polisin məlumatına görə, partlayışı terrorçu həyata keçirib. Qanun keşikçiləri onun partlayış nəticəsində yaralanmış silahdaşını saxlayıblar.

Partlayışlara görə məsuliyyəti "Əş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.


***21:18

Şənbə günü Somalinin paytaxtı Moqadişoda yerləşən parlament binası yaxınlığında partlayış baş verib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, nəticədə 8 nəfər ölüb, daha 16 nəfər yaralanıb.

Daha əvvəl iki partlayışın baş verdiyi bildirilirdi. İkinci partlayış hava limanına gedən yol kənarında qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.