Somalidə hökumət qoşunları 100-dən çox silahlını məhv edib

Digər ölkələr
  • 13 sentyabr, 2023
  • 00:45
Somalidə hökumət qoşunları 100-dən çox silahlını məhv edib

Somali hökumət qüvvələri son iki gündə ölkənin mərkəzi hissəsində “Aş-Şabab” ekstremist qruplaşmasının 120 silahlısını məhv edib.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Somalinin informasiya nazirinin müavini Əbdirəhman Yusuf Əl-Adala bildirib.

“Zərərsizləşdirilənlər arasında yüksək səviyyəli səhra komandirləri də var”, - agentlik onun sözlərini sitat gətirib.

Nizami qoşunlar arasında mümkün itkilər açıqlanmayıb. Əməliyyat Qalmuduq əyalətində keçirilib.