Bolqarıstanın paytaxtı Sofiyada Nikolay Piroqov adına xəstəxanada yanğın olub.
"Report" TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 06:00-da baş verən hadisə nəticəsində 2 nəfər ölüb.
Bolqarıstan
İlkin məlumatlara görə, partlayışa oksigen cihazlarından birindənki zədənin səbəb olduğu güman edilir.
Xəstəxana direktorunun müavini Nikolay Qabrovski yanğında ölən xəstələrin süni nəfəs aparatına qoşulu vəziyyətdə olduqlarını bildirib.