Sloveniya "Johnson & Johnson" peyvəndindən imtina edib

Sloveniya "Johnson & Johnson" peyvəndindən imtina edib Sloveniyada gənc qızın peyvənd edildikdən sonra öldüyü üçün "Johnson Johnson" peyvəndinin istifadəsini dayandırıb.
Digər ölkələr
29 Sentyabr , 2021 23:42
Sloveniya Johnson & Johnson peyvəndindən imtina edib

Sloveniyada gənc qızın vaksin edildikdən sonra öldüyü üçün "Johnson & Johnson" peyvəndinin istifadəsini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə Sloveniya Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.

Nazirliyin məsləhətçi qrupun üzvləri vəziyyət aydınlaşana qədər bu vaksinin istifadəsini dayandırmağı tövsiyə edib.

Bundan əvvəl amerikalı aktyor, komediyaçı və rejissor Kris Rok "Johnson & Johnson" dərmanı ilə vaksin edildikdən sonra koronavirusa yoluxduğunu söyləmişdi.

Son xəbərlər

Orphus sistemi