Slovakiya Baş nazirinin son durumu açıqlanıb
Digər ölkələr
- 03 iyun, 2024
- 22:58
Slovakiyanın Baş naziri Robert Fitso evində tibbi reabilitasiya kursu keçir.
“Report” “DennikN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak jurnalistlərə bildirib.
“Cənab Baş nazir Robert Fitso reabilitasiya kursundan keçir və sağalır”, – Kalinyak deyib. Onun sözlərinə görə, bərpa prosesi ən azı bir neçə həftə davam edəcək.
Bundan başqa, Slovakiya Milli Şurasının (parlament) sədr müavini Lyuboş Blaxa qeyd edib ki, hökumət başçısı bir aydan sonra Çinə planlaşdırılan səfərə gedə bilər.
Xatırladaq ki, ötən ay Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub.
Son xəbərlər
00:34
Dövlət başçısının imzaladığı fərmanlar qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsinə yönəlib - TƏHLİL
Daxili siyasət00:26
Qrossi: İranın nüvə təcrübəsi məhv edilə bilməz
Region00:12
Meksikada Novruz bayramı münasibətilə konsert keçirilib
Xarici siyasət00:03
Azərbaycanda Ramazan bayramıdır
Din00:03
Bu gün Azərbaycanda Novruz bayramıdır
Mədəniyyət siyasəti23:54
Təbriz bombalanıb, "Bəsic"in 13 əməkdaşı öldürülüb
Region23:42
Zelenski: Danışıqlardakı fasiləyə son qoymaq lazımdır
Digər ölkələr23:37
Avropa ölkələri və Yaponiya Hörmüz boğazının təhlükəsizliyinin təminatına töhfə verə bilər
Digər ölkələr23:18