Şimali Koreya liderinin qardaşı oğlu atasının meyitini aparmaq üçün Malayziyaya gedib

Şimali Koreya liderinin qardaşı oğlu atasının meyitini aparmaq üçün Malayziyaya gedib O, atasının meyiti saxlanılan xəstəxanada olub
Digər ölkələr
21 Fevral , 2017 10:24
Şimali Koreya liderinin qardaşı oğlu atasının meyitini aparmaq üçün Malayziyaya gedib

Bakı. 21 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın oğlu Kim Xan Sol atasının meyitini aparmaq üçün Çindən Malayziyaya gedib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Yaponiyanın “NHK” televiziyası fervralın 21-də məlumat yayıb.

İnformasiyaya əsasən, o, fevralın 21-də Malayziyanın paytaxtı Kuala-Lumpurda, atasının meyiti saxlanılan xəstəxanada olub.

Şimali Koreya lideri Kim Çen Inın Malayziyada qətlə yetirildiyi iddia edilən qardaşı Kim Çen Namın ailəsi Çin hakimiyyətinin himayəsi altındadır. Onun həyat yoldaşı və oğlanlarından biri Pekində, o biri oğlu isə Çinin Makao şəhərində yaşayır. 

Kim Çen Nam fevralın 13-də Malayziyada hava limanında öldürülüb. Onu Kim Çen Inın istəyi ilə Şimali Koreyanın xüsusi xidmət orqanı əməkdaşlarının öldürdüyü iddia edilir. 

Son xəbərlər

Orphus sistemi