Yuxarı

​Səudiyyə Ərəbistanında məscid qarşısında beş nəfər güllələnib

Atəş açan şəxs zərərsizləşdirilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında məscid qarşısında baş verən atışma zamanı beş nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

İnsident ölkənin şərq sahilində yerləşən Sayhat şəhərində baş verib. Görünüşcə təqribən 20 yaşlarında olan naməlum şəxs şiə-müsəlmanların Cümə namazına toplaşdığı məscid yaxınlığında asayiş keşikçiləri tərəfindən yoxlanılmaq üçün saxlanıb. Lakin o gözlənilmədən atəş açıb. Beş nəfər aldığı güllə yarasından keçinib. Yaralılar barədə hələ ki, məlumat verilmir.

Atəş açan şəxs zərərsizləşdirilib. Hazırda onun şəxsiyyəti və törədilən cinayətin təfərrüatları araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi