Səudiyyə Ərəbistanında kral ailəsinin 10 üzvü korrupsiyada şübhəli bilinərək saxlanılıb

Səudiyyə Ərəbistanında kral ailəsinin 10 üzvü korrupsiyada şübhəli bilinərək saxlanılıb Təfərrüatlar açıqlanmır
Digər ölkələr
5 Noyabr , 2017 02:13
Səudiyyə Ərəbistanında kral ailəsinin 10 üzvü korrupsiyada şübhəli bilinərək saxlanılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Abdül Əziz Əl Səudun rəhbərlik etdiyi Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulmasına sanksiya (icazə) verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Telekanal təfərrüatları açıqlamayıb. Digər mətbu orqanların məlumatında isə kral ailəsindən olan və şübhəli qismində saxlanılan şahazadələrin sayının 11 nəfər olduğu bildirilir. Bildirilir ki, saxlanılanlar arasında bir qadın da var. 

Səudiyyə Ərəbistanının "Ədjil" xəbər portalı öz növbəsində xəbər verib ki, hakim ailənin üzvlərindən biri qeyri-qanuni silah satışı sazişində, digəri isə saxta müqavilə imzalamaqda, daha bir şahzadə isə pulların "yuyulması" ittihamları üzrə həbs ediliblər.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə şənbə günü kral Salman bin Əbdül Əziz Əl Səudun fərmanı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi