Yuxarı

​Səudiyyə Ərəbistanı İranı yeni tədbirlərlə hədələyib

İki ölkə arasında münaqişə ərəb ölkəsində şiə aliminin edamından sonra yaranıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İranı yeni tədbirlər görəcəyi ilə təhdid edib.

"Report" "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, bunu Səudiyyənin xarici işlər naziri Adil Cubeyr Fars körfəzi ölkələri Əməkdaşlıq Şurasının XİN rəhbərlərinin fövqəladə görüşü zamanı bildirib.

"Onun (İran) bu siyasəti davam etdirəcəyi təqdirdə, biz əlavə tədbirlərin tətbiqini nəzərdən keçiririk", - deyə Cubeyr qeyd edib.

İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.

Daha sonra iki ölkə arasında diplomatik münasibətlər və hava əlaqəsi kəsilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi