Beynəlxalq humanitar “Sərhədsiz həkimlər” (“Medecins sans frontiers” - MSF) təşkilatı Ukraynanın Mariupol şəhərindəki humanitar vəziyyəti fəlakətli adlandıraraq, məhdud ərzaq təchizatına, su, elektrik və istilik çatışmazlığına işarə edib.
“Report” xəbər verir ki, bu barədə təşklatın yaydığı bəyanatda deyilir.
Şəhərdə ərzaq ehtiyatlarının tükəndiyi, həmçinin su, işıq və istiliyin olmadığı qeyd edilir.
“İnternet və telefon rabitəsi sıradan çıxıb. Xəstəxanalara, supermarketlərə və yaşayış binalarına ciddi ziyan dəyib. Humanitar yardımın şəhərə çatdırılması mümkün deyil”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ukraynanın Mariupol şəhəri Rusiya silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb.
Rusiya tərəfi martın 5-də yerli vaxtla saat 10:00-dan etibarən Ukraynanın iki şəhərində sükut elan edib. Məqsəd Ukraynanın Mariupol və Volnovaxi şəhərlərinin sakinlərinin təxliyəsi üçün şərait yaratmaqdır.
Lakin Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə bildirib ki, Ukrayna hələ də humanitar dəhlizlərin təhlükəsizliyinə dair zəmanət almayıb