Sədr: "Münaqişələrin həlli gələn il BMT Baş Assambleyasının fəaliyyətinin prioritetlərindən biri olacaq"

Digər ölkələr
  • 21 dekabr, 2017
  • 06:11
Sədr: Münaqişələrin həlli gələn il BMT Baş Assambleyasının fəaliyyətinin prioritetlərindən biri olacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ "Miqrasiya məsələsi BMT Baş Assambleyasının gələnilki fəaliyyətinin prioritet istiqamətlərindən biri olacaq".

"Report" xəbər verir ki, bunu Baş Assambleyanın 72-ci sessiyasının sədri Miroslav Laycak BMT-nin qərargahında təşkil edilən yekun mətbuat konfransında bildirib.

O deyib ki, Baş Assambleyanın 72-ci sessiyası işinin əsas hissəsini yekunlaşdırıb. Sədr qeyd edib ki, bu müddət ərzində assambleyanın əsas komitələri tərəfindən 200-dən çox qətnamə təsdiqlənib. Onların əksəriyyəti Baş Assambleyanın plenar iclasında qəbul olunub.

M.Laycak qurumun növbəti il üçün fəaliyyətinin prioritetlərini də açıqlayıb. Onun sözlərinə görə, 2018-ci ildə digər mühüm istiqamət dünyadakı münaqişələrin həlli və sülh quruculuğu olacaq.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri həmçinin inkişafın maliyyələşdirilməsi ilə bağlı konfrans keçirməyi planlaşdırdığını açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti